• HAQQIMIZDA
  • ƏLAQƏ
  • AZ
  • HAQQIMIZDA
  • TƏDBİRLƏR
  • MÜSAHİBƏLƏR
  • QƏBULLAR
  • SƏFƏRLƏR
  • RƏSMİ SƏNƏDLƏR
  • BƏYANATLAR
  • MƏTBUAT XİDMƏTİ
  • GÖRÜŞLƏR
  • ÇIXIŞLAR
  • MÜRACİƏTLƏR
  • QALEREYA
  • ƏLAQƏ
Logo

Slide Slide Slide

Slide Slide Slide
  • TƏDBİRLƏR
  • MÜSAHİBƏLƏR
  • QƏBULLAR
  • SƏFƏRLƏR
  • RƏSMİ SƏNƏDLƏR
  • BƏYANATLAR
  • MƏTBUAT XİDMƏTİ
  • GÖRÜŞLƏR
  • ÇIXIŞLAR
  • MÜRACİƏTLƏR
13.07.2021
QƏBUL

Prezident İlham Əliyev Rusiya Federasiyasının Baş nazirinin müavinini qəbul edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyulun 13-də Rusiya Federasiyasının Baş nazirinin müavini Aleksey Overçuku qəbul edib.

Rusiya Baş nazirinin müavini Aleksey Overçuk Rusiya Federasiyasının Prezidenti Vladimir Putinin salamlarını dövlətimizin başçısına çatdırdı. Prezident İlham Əliyev Rusiyanın dövlət başçısının salamlarına görə minnətdarlığını bildirdi, onun da salamlarını Vladimir Putinə çatdırmağı xahiş etdi.

Söhbət zamanı Azərbaycan, Rusiya və Ermənistan baş nazirləri müavinlərinin sədrliyi ilə üçtərəfli İşçi qrupunun fəaliyyəti ilə bağlı məsələlər müzakirə edildi.

Azərbaycan-Rusiya ikitərəfli əlaqələrinə toxunuldu, ticarət dövriyyəsinin və Azərbaycandan Rusiyaya kənd təsərrüfatı məhsullarının ixracının artması məmnunluqla vurğulandı. Azərbaycan-Rusiya sərhədində sərhəd-keçid məntəqələrinin fəaliyyətinin daha da təkmilləşdirilməsi ilə bağlı məsələlər müzakirə olundu, Şimal-Cənub dəhlizi ilə tranzitin artırılması prosesinin çox fəal getdiyi bildirildi.

Söhbət zamanı ticarət, iqtisadiyyat, nəqliyyat və digər sahələrdə əməkdaşlığın perspektivləri ətrafında fikir mübadiləsi aparıldı.

Logo
Əlaqəli
veb resurslar

Qarabağ regionu, xüsusilə də Qarabağ münaqişəsi; Xocalı soyqırımı; Azərbaycanının mədəni irs və təbii sərvətlərinə qarşı törədilmiş erməni cinayətləri və 44 Günlük Vətən Müharibəsi haqqında daha geniş məlumat almaq üçün aşağıdakı səhifələri ziyarət edə bilərsiniz:

Karabakh in 99 questions

Dağlıq Qarabağ münaqişəsinin tarixi, siyasi və hüquqi aspektləri

Shusha Today

“Vətən bağı” aləlvandır, ətrin gəlir Xarıbülbül…

Armenian Crimes

Azərbaycanın mədəni irs və təbii sərvətlərinə qarşı Ermənistanın törətdikləri cinayətlər və vandalizm

Khojaly Today

Xocalının dinc əhalisinə qarşı Ermənistanın törətdikləri cinayətlər və vandalizm

44 Days

44 günlük müharibənin xronikası