• HAQQIMIZDA
  • ƏLAQƏ
  • AZ
  • HAQQIMIZDA
  • TƏDBİRLƏR
  • MÜSAHİBƏLƏR
  • QƏBULLAR
  • SƏFƏRLƏR
  • RƏSMİ SƏNƏDLƏR
  • BƏYANATLAR
  • MƏTBUAT XİDMƏTİ
  • GÖRÜŞLƏR
  • ÇIXIŞLAR
  • MÜRACİƏTLƏR
  • QALEREYA
  • ƏLAQƏ
Logo

Slide Slide Slide

Slide Slide Slide
  • TƏDBİRLƏR
  • MÜSAHİBƏLƏR
  • QƏBULLAR
  • SƏFƏRLƏR
  • RƏSMİ SƏNƏDLƏR
  • BƏYANATLAR
  • MƏTBUAT XİDMƏTİ
  • GÖRÜŞLƏR
  • ÇIXIŞLAR
  • MÜRACİƏTLƏR
26.11.2020
RƏSMİ SƏNƏD

Rusiya Federasiyası Müsəlmanlarının Ruhani İdarəsinin və Rusiya Müftilər Şurasının sədri şeyx Ravil Qaynutdindən

Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Heydər oğlu Əliyevə

Hörmətli cənab Prezident.

Rusiya Federasiyası Müsəlmanlarının Ruhani İdarəsi, Rusiya Müftilər Şurası adından və şəxsən öz adımdan Sizi səmimi salamlayır, Sizə sülh, Ulu Tanrının mərhəmətini və şəfqətini diləyir, Dağlıq Qarabağda müharibənin dayandırılması barədə Bəyanatın imzalanması və uğurla yerinə yetirilməsi münasibətilə təbrik edirəm.

Mən bir din xadimi kimi, ilk növbədə, hərbi əməliyyatların başa çatması, atəşkəsin bərqərar olması və qan tökülməsinə son qoyulması, habelə köçkünlərin əvvəl işğal edilmiş ərazilərə qayıtması üçün şərait yaradılmasını yüksək qiymətləndirirəm. Bu Bəyanat beynəlxalq aləmdə tanınmış hüquqi normalar çərçivəsindədir və BMT Təhlükəsizlik Şurasının daha əvvəl qəbul edilmiş qətnamələrinə uyğundur. Bu, həmçinin Rusiya Federasiyasının iştirakı ilə Azərbaycan və Ermənistan tərəfləri arasında Bəyanatın könüllü şəkildə imzalanması ilə münaqişənin həll edilməsi faktı Dağlıq Qarabağ regionunun gələcəyinin prinsipial və mübahisəsiz həlli üçün möhkəm təməl olmalı, Dağlıq Qarabağın davamlı inkişafını, onun sakinlərinin təhlükəsizliyini və hüquqlarını təmin etməlidir.

Böyük sevinclə qeyd edirəm ki, Azərbaycan və bütün Azərbaycan xalqı Sizin müdrik rəhbərliyinizlə bu böyük sınaqdan uğurla çıxdı. Respublikanın dövlət hakimiyyəti ona həvalə edilmiş vəzifələri öz xalqı və bütün beynəlxalq birlik qarşısında şərəflə yerinə yetirdi. Münaqişənin sülh yolu ilə nizamlanmasında Rusiya Federasiyasının və şəxsən Vladimir Putinin həlledici rolunu da təbii, tarixi və mənəvi baxımdan haqlı hesab edirəm.

Ulu Tanrıya dua edirəm ki, Azərbaycan Respublikasında və bütün Cənubi Qafqaz regionunda sülh, qarşılıqlı anlaşma, firavanlıq bərqərar olsun. Bunun vacib şərti dini hüquq və azadlıqlara riayət edilməsi, bütün məzhəblərə məxsus insanların mənəvi ehtiyaclarına, müxtəlif dini ənənələrin, məbədlərin qorunub saxlanmasına və sərbəst fəaliyyətinə diqqət yetirilməsidir. Mən həm də tarixi və mədəni abidələrin, o cümlədən Uca Allaha qədim ibadət yerlərinin qaytarılması münasibətilə azərbaycanlı müsəlman qardaşlarımızın sevincinə böyük məmnuniyyətlə qoşuluram. Əminəm ki, bütün ibadət yerləri bərpa olunacaq və Müqəddəs Quranda bizə vəsiyyət edilən böyük ümumi işə xidmət edəcək: “Allahın köməyi və zəfər gəldiyi zaman və insanların dəstə-dəstə Allahın dininə daxil olduqlarını gördüyün zaman, Rəbbini həmd-səna ilə təqdis et və Ondan bağışlanmağını dilə. Həqiqətən, O, tövbələri qəbul edəndir!”.

Hörmətlə və səmimi dualarla,

Müfti şeyx Ravil Qaynutdin,

Rusiya Federasiyası Müsəlmanlarının Ruhani İdarəsinin və Rusiya Müftilər Şurasının sədri,

Rusiya Federasiyasının Prezidenti yanında Dini Qurumlarla Qarşılıqlı Əlaqə Şurasının üzvü

Logo
Əlaqəli
veb resurslar

Qarabağ regionu, xüsusilə də Qarabağ münaqişəsi; Xocalı soyqırımı; Azərbaycanının mədəni irs və təbii sərvətlərinə qarşı törədilmiş erməni cinayətləri və 44 Günlük Vətən Müharibəsi haqqında daha geniş məlumat almaq üçün aşağıdakı səhifələri ziyarət edə bilərsiniz:

Karabakh in 99 questions

Dağlıq Qarabağ münaqişəsinin tarixi, siyasi və hüquqi aspektləri

Shusha Today

“Vətən bağı” aləlvandır, ətrin gəlir Xarıbülbül…

Armenian Crimes

Azərbaycanın mədəni irs və təbii sərvətlərinə qarşı Ermənistanın törətdikləri cinayətlər və vandalizm

Khojaly Today

Xocalının dinc əhalisinə qarşı Ermənistanın törətdikləri cinayətlər və vandalizm

44 Days

44 günlük müharibənin xronikası