• HAQQIMIZDA
  • ƏLAQƏ
  • AZ
  • HAQQIMIZDA
  • TƏDBİRLƏR
  • MÜSAHİBƏLƏR
  • QƏBULLAR
  • SƏFƏRLƏR
  • RƏSMİ SƏNƏDLƏR
  • BƏYANATLAR
  • MƏTBUAT XİDMƏTİ
  • GÖRÜŞLƏR
  • ÇIXIŞLAR
  • MÜRACİƏTLƏR
  • QALEREYA
  • ƏLAQƏ
Logo

Slide Slide Slide

Slide Slide Slide
  • TƏDBİRLƏR
  • MÜSAHİBƏLƏR
  • QƏBULLAR
  • SƏFƏRLƏR
  • RƏSMİ SƏNƏDLƏR
  • BƏYANATLAR
  • MƏTBUAT XİDMƏTİ
  • GÖRÜŞLƏR
  • ÇIXIŞLAR
  • MÜRACİƏTLƏR
30.11.2020
RƏSMİ SƏNƏD

Türkmən Həkimləri Dərnəyinin sədri Muxtar Fatih Beydilidən

Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə

Möhtərəm Prezident, Müzəffər Ali Baş Komandan.

Mən Hələb şəhərindən olan azərbaycanlı, türkəm. İmadəddin Nəsiminin övladları olaraq, müzəffər sərkərdəlik məharətinizlə şanlı Ordumuzun Qarabağ cəbhəsində qazandığı möhtəşəm hərbi zəfər münasibətilə Sizi və Sizin komandanlıq etdiyiniz Silahlı Qüvvələrimizi ürəkdən təbrik edirik. Siz Azərbaycan dövlətinin və xalqının, bütün türk dünyasının qürurusunuz.

Biz – ölkə hüdudlarından kənarda yaşayan hələbli türklər sevinirik ki, Sizin kimi qətiyyətli, müdrik və uzaqgörən Ali Baş Komandanımız var. Sizin rəhbərliyinizlə Silahlı Qüvvələrimizin işğal altında olan Qarabağ torpaqlarını qanı və canı bahasına necə işğaldan azad etdiyini qürur hissi ilə yaxından izlədik. Bu haqq işində bütün qəlbimizlə Sizin, xalqımızın və Ordumuzun yanındayıq. 27 ildən artıq sürən amansız ayrılığa Vətən müharibəsi ilə ədalətli şəkildə birdəfəlik son qoydunuz. Qarabağı, eləcə də ətraf rayon və şəhərlərimizi işğaldan azad edərək tariximizin ən müqəddəs səhifəsini qızıl hərflərlə yazdınız və bu şərəfli salnamənin müəllifinə çevrildiniz. Hər dəfə Allaha dua edirdik və bundan sonra da edəcəyik ki, Tanrı Sizi və millətimizi, Vətənimizin keşiyində duran hərbçilərimizi pənahında saxlasın, qorusun! Allah ərazi bütövlüyümüz uğrunda canlarından keçən şəhidlərimizə rəhmət eləsin!

Qarabağ Azərbaycandır!

Dərin hörmətlə,

Muxtar Fatih Beydili,

Türkmən Həkimləri Dərnəyinin sədri

Türkiyə Respublikası, İzmir şəhəri

Logo
Əlaqəli
veb resurslar

Qarabağ regionu, xüsusilə də Qarabağ münaqişəsi; Xocalı soyqırımı; Azərbaycanının mədəni irs və təbii sərvətlərinə qarşı törədilmiş erməni cinayətləri və 44 Günlük Vətən Müharibəsi haqqında daha geniş məlumat almaq üçün aşağıdakı səhifələri ziyarət edə bilərsiniz:

Karabakh in 99 questions

Dağlıq Qarabağ münaqişəsinin tarixi, siyasi və hüquqi aspektləri

Shusha Today

“Vətən bağı” aləlvandır, ətrin gəlir Xarıbülbül…

Armenian Crimes

Azərbaycanın mədəni irs və təbii sərvətlərinə qarşı Ermənistanın törətdikləri cinayətlər və vandalizm

Khojaly Today

Xocalının dinc əhalisinə qarşı Ermənistanın törətdikləri cinayətlər və vandalizm

44 Days

44 günlük müharibənin xronikası