• HAQQIMIZDA
  • ƏLAQƏ
  • AZ
  • HAQQIMIZDA
  • TƏDBİRLƏR
  • MÜSAHİBƏLƏR
  • QƏBULLAR
  • SƏFƏRLƏR
  • RƏSMİ SƏNƏDLƏR
  • BƏYANATLAR
  • MƏTBUAT XİDMƏTİ
  • GÖRÜŞLƏR
  • ÇIXIŞLAR
  • MÜRACİƏTLƏR
  • QALEREYA
  • ƏLAQƏ
Logo

Slide Slide Slide

Slide Slide Slide
  • TƏDBİRLƏR
  • MÜSAHİBƏLƏR
  • QƏBULLAR
  • SƏFƏRLƏR
  • RƏSMİ SƏNƏDLƏR
  • BƏYANATLAR
  • MƏTBUAT XİDMƏTİ
  • GÖRÜŞLƏR
  • ÇIXIŞLAR
  • MÜRACİƏTLƏR
03.12.2020
RƏSMİ SƏNƏD

Bolqarıstandakı Azərbaycan diasporunun üzvlərindən

Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevə

Möhtərəm Prezident, cənab Müzəffər Ali Baş Komandan.

Azərbaycan Ordusunun Vətən müharibəsində qazandığı möhtəşəm Qələbə münasibətilə Sizi, Azərbaycan dövlətini və əziz Azərbaycan xalqını Bolqarıstandakı Azərbaycan diasporunun üzvləri olaraq ürəkdən təbrik edirik.

Bu çətin günlərdə Sizin rəhbərliyinizlə Azərbaycan Ordusu xalqımızın Prezidentimizə və əsgərimizə olan inamını, öz gücünə etimadını fəxarətlə doğrultdu. Bu nailiyyətlər heç şübhəsiz ki, Sizin uğurla həyata keçirdiyiniz uzaqgörən siyasət nəticəsində qazanıldı. Bütün dünya azərbaycanlıları kimi, Bolqarıstanda yaşayan azərbaycanlılar da bu gün çox qürurlu və olduqca məğrurdurlar. Siz ordusu xalq olan Azərbaycan yaratdınız və bu iftixar Sizin əsərinizdir.

Böyük sevinc və qürur hissi ilə qeyd etdiyimiz bu şanlı Qələbə bütün dünyaya Ali Baş Komandan olaraq Sizin möhkəm iradənizi, Azərbaycan xalqının həmrəylik ruhunu və Azərbaycan Ordusunun döyüş əzmini, eləcə də potensial və bacarığını sübut etdi. Məhz Sizin səyləriniz nəticəsində öz təşkilat strukturuna, təlim imkanlarına, hərbi təchizatına və digər xüsusiyyətlərinə görə yüksək standartlara cavab verən Azərbaycan Ordusu peşəkarlığı və əzmkarlığı ilə Cənubi Qafqazın ən qüdrətli ordusuna çevrilib. Mahir sərkərdə olaraq Sizin öndərliyinizdə qazanılmış bu möhtəşəm Qələbə tariximizdə şanlı və əlamətdar hadisə olaraq yer alacaqdır. Bu Qələbəni xalqımıza yaşadan Müzəffər Ali Baş Komandana və şanlı Azərbaycan əsgərinə təşəkkür etməyi özümüzə borc bilirik.

Bu gün sevincimizin və rəhbərimizə olan güvənimizin həddi-hüdudu yoxdur. Böyük sərkərdəlik məharəti ilə idarə etdiyiniz Azərbaycan Ordusunun zəfər yürüşü siyasi müstəvidə də qazanılan qələbə ilə başa çatdı. Azərbaycan Prezidentinin iradəsi və Azərbaycan Ordusunun qətiyyəti qarşısında tab gətirə bilməyəcəyini, məhvə düçar olacağını anlayan düşmən məğlubiyyətini etiraf edərək diz çökməyə məcbur oldu. Şəhid analarının ürəyi rahat olsun, şəhidlərimizin məzarı nurla dolsun, çünki Sizin polad iradəniz sayəsində onların qanı yerdə qalmadı. Biz inanırıq ki, uzun illər ərzində ölkəmizin müstəqilliyi və təhlükəsizliyi üçün böyük təhdid mənbəyi olmuş Dağlıq Qarabağ probleminin həlli ilə Azərbaycan Respublikası daha yüksək sürətlə inkişaf edərək yeni üfüqlərə qədəm qoyacaqdır.

Bu ağır günlərdə qəlbi daim doğma Azərbaycanımızla döyünən vətəndaş və soydaşlar olaraq Sizə ən xoş diləklərimizi çatdırmaq istəyirik. Fürsətdən istifadə edərək doğma Vətənimizin, milli dövlətçiliyimizin tərəqqisi naminə göstərdiyiniz çətin və şərəfli xidmətinizdə Sizə daha böyük nailiyyətlər, əvəzolunmaz müvəffəqiyyətlər arzu edirik.

Yaşasın Müzəffər Ali Baş Komandan!

Yaşasın Azərbaycan xalqı!

Yaşasın Azərbaycan Ordusu!

Qarabağ Azərbaycandır!

Dərin hörmətlə,

Bolqarıstandakı Azərbaycan diasporunun üzvləri:

Natella Abdullayevə

Nərgiz Stefanova

Ellada Dotçeva

Sofiya Şıqayeva–Mitreska

Kamalə Məmmədova

Nərgiz Əhmədova–İvanova

Todor İvanov

Logo
Əlaqəli
veb resurslar

Qarabağ regionu, xüsusilə də Qarabağ münaqişəsi; Xocalı soyqırımı; Azərbaycanının mədəni irs və təbii sərvətlərinə qarşı törədilmiş erməni cinayətləri və 44 Günlük Vətən Müharibəsi haqqında daha geniş məlumat almaq üçün aşağıdakı səhifələri ziyarət edə bilərsiniz:

Karabakh in 99 questions

Dağlıq Qarabağ münaqişəsinin tarixi, siyasi və hüquqi aspektləri

Shusha Today

“Vətən bağı” aləlvandır, ətrin gəlir Xarıbülbül…

Armenian Crimes

Azərbaycanın mədəni irs və təbii sərvətlərinə qarşı Ermənistanın törətdikləri cinayətlər və vandalizm

Khojaly Today

Xocalının dinc əhalisinə qarşı Ermənistanın törətdikləri cinayətlər və vandalizm

44 Days

44 günlük müharibənin xronikası