• HAQQIMIZDA
  • ƏLAQƏ
  • AZ
  • HAQQIMIZDA
  • TƏDBİRLƏR
  • MÜSAHİBƏLƏR
  • QƏBULLAR
  • SƏFƏRLƏR
  • RƏSMİ SƏNƏDLƏR
  • BƏYANATLAR
  • MƏTBUAT XİDMƏTİ
  • GÖRÜŞLƏR
  • ÇIXIŞLAR
  • MÜRACİƏTLƏR
  • QALEREYA
  • ƏLAQƏ
Logo

Slide Slide Slide

Slide Slide Slide
  • TƏDBİRLƏR
  • MÜSAHİBƏLƏR
  • QƏBULLAR
  • SƏFƏRLƏR
  • RƏSMİ SƏNƏDLƏR
  • BƏYANATLAR
  • MƏTBUAT XİDMƏTİ
  • GÖRÜŞLƏR
  • ÇIXIŞLAR
  • MÜRACİƏTLƏR
07.12.2020
RƏSMİ SƏNƏD

“Konutder” və “Sur Yapı” İdarə Heyətinin sədri Z.Altan Elmasdan

Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə

Hörmətli cənab Prezident.

Azərbaycan Ordusunun işğal altındakı torpaqlarını azad etmək üçün həyata keçirdiyi 44 günlük əks-həmlə əməliyyatında dünyanı heyran qoyan təqdirəlayiq liderlik nümunəsi göstərdiyinizi səmimiyyətlə vurğulamaq istəyirəm. Sizin liderliyinizdə Azərbaycan Silahlı Qüvvələrinin tarixə qızıl hərflərlə yazılan uğuru, xalqın dövlətinin və ordusunun arxasında sıx dayanması sarsılmaz mübarizə ruhunu bir daha bütün dünyaya göstərdi. Bu əməliyyat Azərbaycan Ordusunun gücünü bütün dünyaya nümayiş etdirən qəhrəmanlıq salnaməsidir. Sizin şəxsinizdə qardaş vətənimiz Azərbaycanı öz adımdan və ölkəm adından səmimi qəlbdən təbrik edirəm.

Hörmətli cənab Prezident.

Hər gün inkişaf etməkdə olan Azərbaycanın Sizin güclü liderliyinizlə mühüm nailiyyətlərə imza atmasının şahidi oluruq. Qəlbləri birlikdə döyünən ölkələrimizdəki kədəri də, sevinci də bərabər hiss edirik. “Bir millət, iki dövlət” prinsipi ilə strateji əlaqələrimizi daha da gücləndirmək işində hədəfimiz eynidir.

Rəhbərlik etdiyim “Sur Yapı” firması həm Türkiyədə, həm də Avropada mənzil inşaatı sahəsində fəaliyyətini davam etdirir. Əsrin dörddəbirindən də çox müddət qədər təcrübəyə malik olan firmamız inşaat sektorunun qabaqcıllarındandır. Antalyada Ətraf Mühit və Şəhərsalma Nazirliyi və Antalya Böyükşəhər Bələdiyyəsi ilə birlikdə inşa etdiyimiz Antalya layihəsi bu gün Avropanın ən böyük şəhərsalma layihəsi hesab edilir. Təxminən 70 min nəfərin yaşayacağı 1,3 milyon kvadratmetrlik əraziyə və 2,5 milyon kvadratmetr tikinti sahəsinə malik “ağıllı şəhər”in inşası ekoloji yanaşmalar əsasında həyata keçirilmişdir. Antalya layihəsi həm şəhərsalma modeli, həm də “ağıllı şəhər” funksiyaları ilə bütün dünyaya nümunə təşkil edir. Layihəmiz ətraf mühitin mühafizəsinə xidmət edən “ağıllı texnologiyalar”la milli və beynəlxalq səviyyədə çoxlu sayda mükafatın sahibi olub. Antalya layihəmizlə Türkiyədə bütöv bir şəhər miqyasında layihə həyata keçirən yeganə şirkətik.

Digər tərəfdən, enerji sahəsində də aktiv fəaliyyət göstəririk. Əsasən su və külək enerjisi olmaqla bərpaolunan enerji stansiyalarımızda elektrik enerjisi istehsal etməklə yeni sərmayələr də yatırırıq.

Azərbaycanın işğaldan azad etdiyi Qarabağın və ətraf rayonların bərpasında, ziyanın aradan qaldırılmasında və bölgənin yenidən inşasında əməkdaşlıq və həmrəyliyimiz çərçivəsində üzərimizə düşən vəzifəni yerinə yetirmək niyyətimizi xüsusilə vurğulamaq istəyirəm.

Fürsətdən istifadə edərək dost və qardaş Azərbaycan xalqına bir daha cansağlığı, xoşbəxtlik, sülh və rifah diləyirəm.

Dərin hörmətlə,

Z.Altan Elmas

“Konutder” İdarə Heyətinin sədri,

“Sur Yapı” İdarə Heyətinin sədri

Logo
Əlaqəli
veb resurslar

Qarabağ regionu, xüsusilə də Qarabağ münaqişəsi; Xocalı soyqırımı; Azərbaycanının mədəni irs və təbii sərvətlərinə qarşı törədilmiş erməni cinayətləri və 44 Günlük Vətən Müharibəsi haqqında daha geniş məlumat almaq üçün aşağıdakı səhifələri ziyarət edə bilərsiniz:

Karabakh in 99 questions

Dağlıq Qarabağ münaqişəsinin tarixi, siyasi və hüquqi aspektləri

Shusha Today

“Vətən bağı” aləlvandır, ətrin gəlir Xarıbülbül…

Armenian Crimes

Azərbaycanın mədəni irs və təbii sərvətlərinə qarşı Ermənistanın törətdikləri cinayətlər və vandalizm

Khojaly Today

Xocalının dinc əhalisinə qarşı Ermənistanın törətdikləri cinayətlər və vandalizm

44 Days

44 günlük müharibənin xronikası