• HAQQIMIZDA
  • ƏLAQƏ
  • AZ
  • HAQQIMIZDA
  • TƏDBİRLƏR
  • MÜSAHİBƏLƏR
  • QƏBULLAR
  • SƏFƏRLƏR
  • RƏSMİ SƏNƏDLƏR
  • BƏYANATLAR
  • MƏTBUAT XİDMƏTİ
  • GÖRÜŞLƏR
  • ÇIXIŞLAR
  • MÜRACİƏTLƏR
  • QALEREYA
  • ƏLAQƏ
Logo

Slide Slide Slide

Slide Slide Slide
  • TƏDBİRLƏR
  • MÜSAHİBƏLƏR
  • QƏBULLAR
  • SƏFƏRLƏR
  • RƏSMİ SƏNƏDLƏR
  • BƏYANATLAR
  • MƏTBUAT XİDMƏTİ
  • GÖRÜŞLƏR
  • ÇIXIŞLAR
  • MÜRACİƏTLƏR
11.01.2021
BƏYANAT

Azərbaycan Respublikası Prezidentinin, Ermənistan Respublikası baş nazirinin və Rusiya Federasiyası Prezidentinin Bəyanatı

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, Ermənistan Respublikasının baş naziri Nikol Paşinyan və Rusiya Federasiyasının Prezidenti Vladimir Putin Bəyanat imzalayıblar.

AZƏRTAC bəyanatı təqdim edir.

“Azərbaycan Respublikası Prezidentinin,

Ermənistan Respublikası baş nazirinin və

Rusiya Federasiyası Prezidentinin Bəyanatı

         11 yanvar 2021-ci il

Biz, Azərbaycan Respublikasının Prezidenti İ.H.Əliyev, Ermənistan Respublikasının baş naziri N.V.Paşinyan və Rusiya Federasiyasının Prezidenti V.V.Putin aşağıdakıları bəyan edirik:

  1. 2020-ci il 9 noyabr tarixli Bəyanatın 9-cu bəndinin regionda bütün iqtisadi və nəqliyyat əlaqələrinin bərpası ilə bağlı hissəsinin reallaşdırılması məqsədilə Rusiya Federasiyasının Prezidenti V.V.Putinin Azərbaycan Respublikasının, Ermənistan Respublikasının baş nazirləri müavinlərinin və Rusiya Federasiyası Hökumətinin sədr müavininin birgə həmsədrliyi ilə üçtərəfli İşçi qrupu yaradılması barədə təklifi dəstəklənir.
  1. İşçi qrupu 2021-ci il yanvarın 30-dək ilk iclasını keçirəcək, bu iclasın nəticələrinə görə Bəyanatın 9-cu bəndinin reallaşdırılmasından irəli gələn işlərin əsas istiqamətlərinin siyahısını formalaşdıracaq, prioritet qismində dəmir yolu və avtomobil yollarını müəyyən edəcək, həmçinin bundan sonra Tərəflər adlanacaq Azərbaycan Respublikası, Ermənistan Respublikası və Rusiya Federasiyası arasında razılaşma əsasında digər istiqamətləri müəyyən edəcəkdir.
  1. Fəaliyyətin əsas istiqamətlərinin reallaşdırılması məqsədilə İşçi qrupunun həmsədrləri bu istiqamətlər üzrə Tərəflərin səlahiyyətli hakimiyyət orqanları və təşkilatlarının vəzifəli şəxslərindən ibarət ekspert yarımqruplarının tərkibini təsdiq edəcəklər. Ekspert yarımqrupları İşçi qrupunun iclasından sonra bir ay müddətində layihələrin siyahısını təqdim edəcək, onların reallaşdırılması və Tərəflərin yüksək səviyyədə təsdiq etməsi üçün zəruri resursları və tədbirləri əsaslandıracaqlar.
  1. İşçi qrupu 2021-ci il martın 1-dək Azərbaycan Respublikası və Ermənistan Respublikası ərazisindən həyata keçirilən beynəlxalq daşımaların, həmçinin Azərbaycan Respublikası və Ermənistan Respublikası tərəfindən həyata keçirilən, yerinə yetirilməsi zamanı Azərbaycan Respublikasının və Ermənistan Respublikasının ərazilərinin kəsişməsi tələb olunan daşımaların təşkili, yerinə yetirilməsi və təhlükəsizliyinin təmin edilməsi üçün zəruri olan yeni nəqliyyat infrastrukturu obyektlərinin bərpasını və tikilməsini nəzərdə tutan tədbirlərin siyahısını və reallaşdırılması qrafikini Tərəflərin yüksək səviyyədə təsdiqləməsi üçün təqdim edəcək.

Azərbaycan Respublikasının Prezidenti

İ.H.Əliyev

Ermənistan Respublikasının baş naziri

N.V.Paşinyan

Rusiya Federasiyasının Prezidenti

V.V.Putin”.

 

Logo
Əlaqəli
veb resurslar

Qarabağ regionu, xüsusilə də Qarabağ münaqişəsi; Xocalı soyqırımı; Azərbaycanının mədəni irs və təbii sərvətlərinə qarşı törədilmiş erməni cinayətləri və 44 Günlük Vətən Müharibəsi haqqında daha geniş məlumat almaq üçün aşağıdakı səhifələri ziyarət edə bilərsiniz:

Karabakh in 99 questions

Dağlıq Qarabağ münaqişəsinin tarixi, siyasi və hüquqi aspektləri

Shusha Today

“Vətən bağı” aləlvandır, ətrin gəlir Xarıbülbül…

Armenian Crimes

Azərbaycanın mədəni irs və təbii sərvətlərinə qarşı Ermənistanın törətdikləri cinayətlər və vandalizm

Khojaly Today

Xocalının dinc əhalisinə qarşı Ermənistanın törətdikləri cinayətlər və vandalizm

44 Days

44 günlük müharibənin xronikası