• HAQQIMIZDA
  • ƏLAQƏ
  • AZ
  • HAQQIMIZDA
  • TƏDBİRLƏR
  • MÜSAHİBƏLƏR
  • QƏBULLAR
  • SƏFƏRLƏR
  • RƏSMİ SƏNƏDLƏR
  • BƏYANATLAR
  • MƏTBUAT XİDMƏTİ
  • GÖRÜŞLƏR
  • ÇIXIŞLAR
  • MÜRACİƏTLƏR
  • QALEREYA
  • ƏLAQƏ
Logo

Slide Slide Slide

Slide Slide Slide
  • TƏDBİRLƏR
  • MÜSAHİBƏLƏR
  • QƏBULLAR
  • SƏFƏRLƏR
  • RƏSMİ SƏNƏDLƏR
  • BƏYANATLAR
  • MƏTBUAT XİDMƏTİ
  • GÖRÜŞLƏR
  • ÇIXIŞLAR
  • MÜRACİƏTLƏR
25.11.2020
RƏSMİ SƏNƏD

Azərbaycanda fəaliyyət göstərən şri-lankalı iş adamlarından

Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə

Zati-aliləri cənab Prezident.

Sülh və birgəyaşayış dəyərlərini yüksək qiymətləndirən, eləcə də Sizə dost ölkə olan Şri-Lanka Ermənistan silahlı birləşmələri tərəfindən Azərbaycan Ordusunun mövqelərinə qarşı barbar hücumları, həmçinin mülki şəxslərin vəhşicəsinə qətlə yetirilməsini pisləyir. Bu, insanlıq əleyhinə cinayətdir. Ermənistanın məsuliyyətsiz və amansız raket hücumları nəinki insan tələfatına səbəb olub, hətta infrastruktura böyük ziyan vurub. Şri-Lanka Ermənistanın terrorist qruplaşmaları tərəfindən Azərbaycanın Gəncə və Bərdə şəhərlərinin mülki sakinlərinə qarşı həyata keçirilmiş ballistik raket hücumlarını qətiyyətlə pisləyir və bu hücumları həm insan hüquqlarının, həm də beynəlxalq humanitar hüququn pozulması kimi qiymətləndirir.

Son onilliyin qlobal siyasi və müharibə trendlərini təhlil edərkən belə görünür ki, özlərini “dünya liderləri” adlandıran dövlətlər həmişə müsəlman ölkələrini “mədəniyyətsiz” və “barbar” kimi qələmə verərək onlara qarşı təzyiqlər göstərməyə çalışıblar, amma özlərinin insan hüquqlarını pozmaları faktlarına göz yumublar. Belə maneələrin qarşısını alaraq Sizin nümayiş etdirdiyiniz səyləri və dözümlülüyü yüksək qiymətləndirirəm.

Cənab Prezident, eyni zamanda, Siz 30 ilə yaxındır davam edən qanlı müharibəyə son qoyulması ilə bağlı Azərbaycan vətəndaşlarının Zati-alinizə göstərdiyi etimadı doğrultdunuz. Qazandığınız bu inamlı Qələbə Sizin müdrikliyiniz, qətiyyətiniz və güclü liderliyiniz sayəsində mümkün oldu. Bununla da Siz Azərbaycan xalqının qəlbini fəth etmiş əsl milli qəhrəmana çevrildiniz.

Mən, həmçinin bu çətin günlərdə Sizin arxanızda dayanan hərbçilərə, siyasi liderlərə, polis əməkdaşlarına və jurnalistlərə dərin minnətdarlığımı bildirir və təbriklərimi çatdırıram. Bu çətin anlarda Azərbaycan vətəndaşlarının göstərdiyi təmkin və dözümlülüyü yüksək qiymətləndirirəm.

Bundan başqa, ölkənizin yüksək səviyyədə diplomatik münasibətlər qurmaq bacarığını da yüksək dəyərləndirirəm. Türkiyə, Pakistan, Əfqanıstan, İsrail və digər dost ölkələrin dövlətinizə olan davamlı siyasi dəstəyi bunu bir daha təsdiqləyir. Dost və qonşu ölkələrin Azərbaycana verdiyi bu dəstək yüksək liderlik keyfiyyətlərinizin təzahürüdür.

Sonda, biz Azərbaycanda fəaliyyət göstərən şri-lankalı iş adamları olaraq Qarabağın inkişafı istiqamətində Azərbaycan vətəndaşları üçün səmərəli və faydalı fəaliyyətinizdə Sizə dəstəyimizi ifadə edirik.

Hörmətlə,

Azərbaycanda fəaliyyət göstərən şri-lankalı iş adamları adından Akalanka Nişanta Bandara Jayatilake

Logo
Əlaqəli
veb resurslar

Qarabağ regionu, xüsusilə də Qarabağ münaqişəsi; Xocalı soyqırımı; Azərbaycanının mədəni irs və təbii sərvətlərinə qarşı törədilmiş erməni cinayətləri və 44 Günlük Vətən Müharibəsi haqqında daha geniş məlumat almaq üçün aşağıdakı səhifələri ziyarət edə bilərsiniz:

Karabakh in 99 questions

Dağlıq Qarabağ münaqişəsinin tarixi, siyasi və hüquqi aspektləri

Shusha Today

“Vətən bağı” aləlvandır, ətrin gəlir Xarıbülbül…

Armenian Crimes

Azərbaycanın mədəni irs və təbii sərvətlərinə qarşı Ermənistanın törətdikləri cinayətlər və vandalizm

Khojaly Today

Xocalının dinc əhalisinə qarşı Ermənistanın törətdikləri cinayətlər və vandalizm

44 Days

44 günlük müharibənin xronikası