• HAQQIMIZDA
  • ƏLAQƏ
  • AZ
  • HAQQIMIZDA
  • TƏDBİRLƏR
  • MÜSAHİBƏLƏR
  • QƏBULLAR
  • SƏFƏRLƏR
  • RƏSMİ SƏNƏDLƏR
  • BƏYANATLAR
  • MƏTBUAT XİDMƏTİ
  • GÖRÜŞLƏR
  • ÇIXIŞLAR
  • MÜRACİƏTLƏR
  • QALEREYA
  • ƏLAQƏ
Logo

Slide Slide Slide

Slide Slide Slide
  • TƏDBİRLƏR
  • MÜSAHİBƏLƏR
  • QƏBULLAR
  • SƏFƏRLƏR
  • RƏSMİ SƏNƏDLƏR
  • BƏYANATLAR
  • MƏTBUAT XİDMƏTİ
  • GÖRÜŞLƏR
  • ÇIXIŞLAR
  • MÜRACİƏTLƏR
11.12.2020
RƏSMİ SƏNƏD

Beynəlxalq Davamlı Sülh və İnkişaf Fondunun prezidenti Biserka Yevtimiyeviç və icraçı direktoru Esma Sirbubalodan

Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə

Zati-aliləri, möhtərəm cənab Prezident.

Beynəlxalq Davamlı Sülh və İnkişaf Fondu (IFSPD) adından Dağlıq Qarabağ regionunda tarixi əhəmiyyət kəsb edən sülhü alqışlayır, Sizə və Azərbaycan xalqına ən səmimi təbriklərimizi çatdırırıq.

Ümidvar olduğumuzu bildiririk ki, atəşkəs haqqında Sizin qürurla imzaladığınız razılaşma Dağlıq Qarabağda sabitlik və firavanlıq erasına gətirib çıxaracaq, regionda və bütün dünyada sülhə, inkişafa və əməkdaşlığa şərait yaradacaq.

Beynəlxalq Davamlı Sülh və İnkişaf Fondu dünyanın qırx ölkəsindən görkəmli ziyalıları, alimləri, ictimai xadimləri, diplomatları və ekspertləri bir araya gətirən beynəlxalq qeyri-hökumət təşkilatı kimi öz fəaliyyətini, ilk növbədə, sülhün təmin edilməsinə, dialoqun, qarşılıqlı anlaşmanın, xalq diplomatiyasının, multikulturalizm dəyərlərinin inkişafına; regional və beynəlxalq təhlükəsizliyə təhdid və təhlükələrin təhlilinə; münaqişələrin qarşısının alınması və nizamlanması üçün beynəlxalq səylərə kömək göstərməyə yönəldib. Bununla əlaqədar Fondumuz Dağlıq Qarabağ mübahisəsinin beynəlxalq hüquqa və BMT Təhlükəsizlik Şurasının Azərbaycanın suverenliyini və ərazı bütövlüyünü, habelə beynəlxalq sərhədlərin toxunulmazlığını təsdiq etmiş qətnamələrinə uyğun şəkildə həll edilməsini ardıcıl olaraq dəstəkləyib.

İnanırıq ki, Sizin qətiyyətli və müdrik rəhbərliyinizlə əldə olunan razılaşma Dağlıq Qarabağ münaqişəsinin uzunmüddətli və tam həlli, eləcə də məcburi köçkünlərin öz dədə-baba torpaqlarına qayıtmaları üçün zəruri şərait yaradacaq.

Zati-aliləri, biz Sizə və bütün azərbaycanlılara bir daha səmimi qəlbdən ölkənizdə və onların evlərində sülhün və firavanlığın bərqərar olmasını arzu edirik.

Zati-aliləri, Sizə ən yüksək ehtiramımızı qəbul edin.

Biserka Yevtimiyeviç

IFSPD-nin prezidenti,

Esma Sirbubalo IFSPD-nin icraçı direktoru

Logo
Əlaqəli
veb resurslar

Qarabağ regionu, xüsusilə də Qarabağ münaqişəsi; Xocalı soyqırımı; Azərbaycanının mədəni irs və təbii sərvətlərinə qarşı törədilmiş erməni cinayətləri və 44 Günlük Vətən Müharibəsi haqqında daha geniş məlumat almaq üçün aşağıdakı səhifələri ziyarət edə bilərsiniz:

Karabakh in 99 questions

Dağlıq Qarabağ münaqişəsinin tarixi, siyasi və hüquqi aspektləri

Shusha Today

“Vətən bağı” aləlvandır, ətrin gəlir Xarıbülbül…

Armenian Crimes

Azərbaycanın mədəni irs və təbii sərvətlərinə qarşı Ermənistanın törətdikləri cinayətlər və vandalizm

Khojaly Today

Xocalının dinc əhalisinə qarşı Ermənistanın törətdikləri cinayətlər və vandalizm

44 Days

44 günlük müharibənin xronikası