• HAQQIMIZDA
  • ƏLAQƏ
  • AZ
  • HAQQIMIZDA
  • TƏDBİRLƏR
  • MÜSAHİBƏLƏR
  • QƏBULLAR
  • SƏFƏRLƏR
  • RƏSMİ SƏNƏDLƏR
  • BƏYANATLAR
  • MƏTBUAT XİDMƏTİ
  • GÖRÜŞLƏR
  • ÇIXIŞLAR
  • MÜRACİƏTLƏR
  • QALEREYA
  • ƏLAQƏ
Logo

Slide Slide Slide

Slide Slide Slide
  • TƏDBİRLƏR
  • MÜSAHİBƏLƏR
  • QƏBULLAR
  • SƏFƏRLƏR
  • RƏSMİ SƏNƏDLƏR
  • BƏYANATLAR
  • MƏTBUAT XİDMƏTİ
  • GÖRÜŞLƏR
  • ÇIXIŞLAR
  • MÜRACİƏTLƏR
30.12.2020
RƏSMİ SƏNƏD

“Müharibə və ya 1990-cı ilin 20 Yanvar hadisələri ilə əlaqədar əlilliyi olan şəxslərə Azərbaycan Respublikası Prezidentinin təqaüdünün təsis edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2008-ci il 9 sentyabr tarixli 823 nömrəli Fərmanında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, əhalinin sosial müdafiəsinin gücləndirilməsi sahəsində tədbirləri davam etdirmək məqsədilə qərara alıram:

1. “Müharibə və ya 1990-cı ilin 20 Yanvar hadisələri ilə əlaqədar əlilliyi olan şəxslərə Azərbaycan Respublikası Prezidentinin təqaüdünün təsis edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2008-ci il 9 sentyabr tarixli 823 nömrəli Fərmanında (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2008, № 9, maddə 795; 2011, № 12, maddə 1140; 2013, № 8, maddə 895; 2014, № 3, maddə 250; 2016, № 1, maddə 68; 2018, № 5, maddə 937; 2019, № 4, maddə 639) aşağıdakı dəyişikliklər edilsin:

1.1. 1.1-ci bənddə “250” rəqəmləri “400” rəqəmləri ilə əvəz edilsin;

1.2. 1.2-ci bənddə “230” rəqəmləri “350” rəqəmləri ilə əvəz edilsin;

1.3. 1.3-cü bənddə “210” rəqəmləri “300” rəqəmləri ilə əvəz edilsin;

1.4. 2.1-ci bəndə “təsis edilən” sözlərindən sonra “Azərbaycan Respublikası Prezidentinin” sözləri əlavə edilsin və həmin bənddə “ödəyir” sözü “tərəfindən ödənilir” sözləri ilə əvəz edilsin.

2. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Fərmandan irəli gələn məsələləri həll etsin.

3. Bu Fərman 2021-ci il yanvarın 1-dən qüvvəyə minir.

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 30 dekabr 2020-ci il.

Logo
Əlaqəli
veb resurslar

Qarabağ regionu, xüsusilə də Qarabağ münaqişəsi; Xocalı soyqırımı; Azərbaycanının mədəni irs və təbii sərvətlərinə qarşı törədilmiş erməni cinayətləri və 44 Günlük Vətən Müharibəsi haqqında daha geniş məlumat almaq üçün aşağıdakı səhifələri ziyarət edə bilərsiniz:

Karabakh in 99 questions

Dağlıq Qarabağ münaqişəsinin tarixi, siyasi və hüquqi aspektləri

Shusha Today

“Vətən bağı” aləlvandır, ətrin gəlir Xarıbülbül…

Armenian Crimes

Azərbaycanın mədəni irs və təbii sərvətlərinə qarşı Ermənistanın törətdikləri cinayətlər və vandalizm

Khojaly Today

Xocalının dinc əhalisinə qarşı Ermənistanın törətdikləri cinayətlər və vandalizm

44 Days

44 günlük müharibənin xronikası