• HAQQIMIZDA
  • ƏLAQƏ
  • AZ
  • HAQQIMIZDA
  • TƏDBİRLƏR
  • MÜSAHİBƏLƏR
  • QƏBULLAR
  • SƏFƏRLƏR
  • RƏSMİ SƏNƏDLƏR
  • BƏYANATLAR
  • MƏTBUAT XİDMƏTİ
  • GÖRÜŞLƏR
  • ÇIXIŞLAR
  • MÜRACİƏTLƏR
  • QALEREYA
  • ƏLAQƏ
Logo

Slide Slide Slide

Slide Slide Slide
  • TƏDBİRLƏR
  • MÜSAHİBƏLƏR
  • QƏBULLAR
  • SƏFƏRLƏR
  • RƏSMİ SƏNƏDLƏR
  • BƏYANATLAR
  • MƏTBUAT XİDMƏTİ
  • GÖRÜŞLƏR
  • ÇIXIŞLAR
  • MÜRACİƏTLƏR
16.11.2020
RƏSMİ SƏNƏD

Müsəlman Alimləri Beynəlxalq Birliyinin sədri və baş katibindən

Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə

Allahın salamı, rəhməti və bərəkəti üzərinizə olsun!

Müsəlman Alimləri Beynəlxalq Birliyi böyük qələbə xəbərini – Qarabağın Ana Vətənin qoynuna, əsl sahibinə qayıtması xəbərini böyük xoşbəxtlik və məmnunluq hissi ilə almışdır. Biz bu xoş hadisə münasibətilə Sizi öz adımızdan, eləcə də özündə on minlərlə islam alimi və onlarla islam alimləri birliklərini cəmləşdirən Müsəlman Alimləri Beynəlxalq Birliyi təşkilatının Sədrliyi, Baş katibliyi və üzvləri adından təbrik edirik. Eyni zamanda, mücahid Azərbaycan xalqına, bütün alimlərə, möhtərəm dövlətinizə və rəşadətli Ordunuza salamlarımızı çatdırırıq.

Dünyanın hər yerində islam ümmətinin xidmətində olmaqda davam edən Müsəlman Alimləri Beynəlxalq Birliyi islam ümməti və bəşəriyyətə daha çox xidmət etmək naminə təşkilatımızla bərəkətli ölkəniz arasında əməkdaşlıq və tərəfdaşlığın dəstəklənməsinə ümid edir.

Birliyimiz Azərbaycan Respublikasını dəstəkləyən bəyanat və açıqlamalar vermiş, Azərbaycanın Qarabağı qaytarmaqla bağlı ədalətli haqqını dəstəkləmişdir. Bununla yanaşı, işğal edilmiş bütün ərazilərdən dərhal çəkilmək, Azərbaycanın haqqını etiraf etmək və Azərbaycanın öz torpağı üzərindəki hüquqlarını bərpa etmək üçün danışıqlara başlamaqla bağlı Ermənistana çağırışlar etmişik. Problemin köklü və son həlli, davamlı sülhün və əmin-amanlığın bərqərar olması məhz bundan keçir.

Sonda Uca Allahdan Zati-alinizə müvəffəqiyyətlər və uğurlar arzulayır, sevdiyi və razı qaldığı, əziz xalqınızın və islam ümmətinin xeyrinə olan işlərdə Sizə kömək göstərməsini diləyirik.

Allahın salamı, rəhməti və bərəkəti üzərinizə olsun!

Hörmətlə,

Dr. Əhməd bin Əbdüssəlam Ər-Raysuni,

Müsəlman Alimləri Beynəlxalq Birliyinin sədri,

Dr. Əli Muhyiddin Əl-Qaradaği, Birliyin baş katibi

Qətər Dövləti, Doha şəhəri.

Logo
Əlaqəli
veb resurslar

Qarabağ regionu, xüsusilə də Qarabağ münaqişəsi; Xocalı soyqırımı; Azərbaycanının mədəni irs və təbii sərvətlərinə qarşı törədilmiş erməni cinayətləri və 44 Günlük Vətən Müharibəsi haqqında daha geniş məlumat almaq üçün aşağıdakı səhifələri ziyarət edə bilərsiniz:

Karabakh in 99 questions

Dağlıq Qarabağ münaqişəsinin tarixi, siyasi və hüquqi aspektləri

Shusha Today

“Vətən bağı” aləlvandır, ətrin gəlir Xarıbülbül…

Armenian Crimes

Azərbaycanın mədəni irs və təbii sərvətlərinə qarşı Ermənistanın törətdikləri cinayətlər və vandalizm

Khojaly Today

Xocalının dinc əhalisinə qarşı Ermənistanın törətdikləri cinayətlər və vandalizm

44 Days

44 günlük müharibənin xronikası