• HAQQIMIZDA
  • ƏLAQƏ
  • AZ
  • HAQQIMIZDA
  • TƏDBİRLƏR
  • MÜSAHİBƏLƏR
  • QƏBULLAR
  • SƏFƏRLƏR
  • RƏSMİ SƏNƏDLƏR
  • BƏYANATLAR
  • MƏTBUAT XİDMƏTİ
  • GÖRÜŞLƏR
  • ÇIXIŞLAR
  • MÜRACİƏTLƏR
  • QALEREYA
  • ƏLAQƏ
Logo

Slide Slide Slide

Slide Slide Slide
  • TƏDBİRLƏR
  • MÜSAHİBƏLƏR
  • QƏBULLAR
  • SƏFƏRLƏR
  • RƏSMİ SƏNƏDLƏR
  • BƏYANATLAR
  • MƏTBUAT XİDMƏTİ
  • GÖRÜŞLƏR
  • ÇIXIŞLAR
  • MÜRACİƏTLƏR
02.12.2020
RƏSMİ SƏNƏD

Rusiyanın Azərbaycan Diaspor Təşkilatları Konfederasiyasının sədri Fazil Qurbanovdan

Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Heydər oğlu Əliyevə

Möhtərəm İlham Heydər oğlu.

Vətən müharibəsində böyük Qələbəmiz münasibətilə Sizi və bütün Azərbaycan xalqını Rusiyanın Azərbaycan diasporu adından və şəxsən öz adımdan təbrik edirəm.

Bu Qələbə Sizin gərgin əməyinizin, müdrik daxili və xarici siyasətinizin, Azərbaycan xalqının sarsılmaz mənəvi gücünün, sıx birliyinin və ədalətin təntənəsinə inamının nəticəsidir. Sizin dahi atanızın – ümummilli lider Heydər Əliyevin vəsiyyəti həyata keçdi.

Sizin Ali Baş Komandan kimi yorulmaz fəaliyyətiniz və qətiyyətiniz sayəsində rəşadətli Ordumuz Azərbaycanın əzəli torpaqlarını çoxillik erməni işğalından azad etməyə nail oldu.

Siz Azərbaycan tarixinə xilaskar Prezident, azərbaycanlılar isə məğrur, igid, öz şərəf və ləyaqətini qoruyub saxlamış xalq kimi daxil oldular.

Bu gün Azərbaycan xalqı özünün çoxəsrlik tarixində misli görünməmiş ruh yüksəkliyi, parlaq, unudulmaz, xoşbəxt günlər yaşayır.

Vətənimizin ərazi bütövlüyü bərpa edilib, Azərbaycanın işğaldan azad olunmuş torpaqlarında bizim bayrağımız dalğalanır.

Bu Qələbə bizə igid döyüşçülərimizin, Qarabağ torpağında sülh naminə, ədalətin təntənəsi naminə canlarından keçmiş şəhidlərin qanı bahasına başa gəlib. Bununla əlaqədar, həlak olanların ailələrinə səmimi-qəlbdən başsağlığı verir, yaralıların tezliklə sağalmalarını arzu edirik.

Köçkünlərin öz doğma torpaqlarına qayıtması, vəhşicəsinə məhv edilmiş tarixi abidələrin, məscidlərin, məbədlərin və Qarabağın tamamilə dağıdılmış sosial infrastrukturunun bərpa edilməsi üçün qarşıda görüləsi işlər çoxdur. Biz – Rusiyada yaşayan azərbaycanlılar Azərbaycanda baş verən bütün hadisələri böyük həyəcan və diqqətlə izləyirik, Rusiyanın geniş ictimaiyyətinə daim obyektiv informasiya çatdırırıq.

Qələbə münasibətilə bir daha səmimi təbriklərimizi qəbul edin. Sizə və bütün Azərbaycan xalqına cansağlığı, firavanlıq və tərəqqi arzu edirik.

Azərbaycan qalibdir! Qarabağ Azərbaycandır!

Hörmətlə,

Fazil Qurbanov

Rusiyanın Azərbaycan Diaspor Təşkilatları Konfederasiyasının sədri, akademik

Logo
Əlaqəli
veb resurslar

Qarabağ regionu, xüsusilə də Qarabağ münaqişəsi; Xocalı soyqırımı; Azərbaycanının mədəni irs və təbii sərvətlərinə qarşı törədilmiş erməni cinayətləri və 44 Günlük Vətən Müharibəsi haqqında daha geniş məlumat almaq üçün aşağıdakı səhifələri ziyarət edə bilərsiniz:

Karabakh in 99 questions

Dağlıq Qarabağ münaqişəsinin tarixi, siyasi və hüquqi aspektləri

Shusha Today

“Vətən bağı” aləlvandır, ətrin gəlir Xarıbülbül…

Armenian Crimes

Azərbaycanın mədəni irs və təbii sərvətlərinə qarşı Ermənistanın törətdikləri cinayətlər və vandalizm

Khojaly Today

Xocalının dinc əhalisinə qarşı Ermənistanın törətdikləri cinayətlər və vandalizm

44 Days

44 günlük müharibənin xronikası