• HAQQIMIZDA
  • ƏLAQƏ
  • AZ
  • HAQQIMIZDA
  • TƏDBİRLƏR
  • MÜSAHİBƏLƏR
  • QƏBULLAR
  • SƏFƏRLƏR
  • RƏSMİ SƏNƏDLƏR
  • BƏYANATLAR
  • MƏTBUAT XİDMƏTİ
  • GÖRÜŞLƏR
  • ÇIXIŞLAR
  • MÜRACİƏTLƏR
  • QALEREYA
  • ƏLAQƏ
Logo

Slide Slide Slide

Slide Slide Slide
  • TƏDBİRLƏR
  • MÜSAHİBƏLƏR
  • QƏBULLAR
  • SƏFƏRLƏR
  • RƏSMİ SƏNƏDLƏR
  • BƏYANATLAR
  • MƏTBUAT XİDMƏTİ
  • GÖRÜŞLƏR
  • ÇIXIŞLAR
  • MÜRACİƏTLƏR
12.11.2020
RƏSMİ SƏNƏD

Ümumdünya İslam Xeyriyyə Təşkilatı Asiya Müsəlmanları Komitəsinin Direktorlar Şurasının sabiq sədri Adil Abdullah əl-Fəlahdan

Hörmətli Prezident, cənab Ali Baş Komandan.

Sizi Allahın adı ilə salamlayıram. Uca Allah Sizi qorusun.

Rəhbərliyiniz altında Azərbaycan Ordusunun işğal edilmiş torpaqları geri qaytarmaq yolunda bir-birinin ardınca qazandığı qələbələrin xəbərini böyük sevinc və fərəh hissi ilə aldıq. Qələbə xəbərləri haqqın, ədalətin, beynəlxalq hüququn tərəfdarı olan hər bir azad insan üçün fəxrdir. Mən də sevinirəm ki, qəlbində Azərbaycan sevgisi olan bir insan kimi bu xoş günlərin şahidiyəm.

Mənim Azərbaycana sevgim Birinci Qarabağ müharibəsi illərindən başlayıb. Həmin vaxt ermənilər doğma Azərbaycan torpaqlarının 20 faizini işğal etmiş, 1 milyona qədər insanı ata-baba yurdlarından didərgin salmışdılar. Bəli, mən 30 il bundan əvvəl ermənilərin Azərbaycan xalqına qarşı törətdikləri qətliamın və zülmün şahidi olmuşam. Mən fəxr edirəm ki, Küveyt Dövləti Ümumdünya İslam Xeyriyyə Təşkilatının Asiya Müsəlmanları Komitəsinin rəhbəri olduğum vaxt 20 ildən çox Azərbaycan xalqının, xüsusən öz vətənlərindən didərgin düşmüş insanların xidmətində dayanmışam. Bu məqamda mən 1996-cı il oktyabr ayının 16-da Asiya Müsəlmanları Komitəsinin təşəbbüsü və ümummilli lider Heydər Əliyevin rəhbərliyi ilə təşkil olunmuş beynəlxalq konfransı xatırlamaq istəyirəm. Həmin konfrans qaçqınlar və məcburi köçkünlərin problemlərinə həsr olunmuşdu. Həmin konfransdan sonra Azərbaycanın haqq mübarizəsinə xidmət məqsədilə daxili və xarici arenada böyük xeyriyyə işləri bir-birini əvəzləmişdir.

Cənab Prezident, Allaha şükür olsun ki, bu gün Sizin rəhbərliyinizlə Azərbaycan xalqı və Ordusu Qarabağı azad edir və biz bu məsud anları yaşayırıq.

İcazə verin, Sizi, doğma Azərbaycan xalqını, sülh, ədalət istəyən bütün azad xalqları bu parlaq qələbələr münasibətilə təbrik edim.

Qələbə Azərbaycanladır! Qarabağ Azərbaycandır!

Dərin hörmət və ehtiramla,

Azərbaycanın dostu – Adil Abdullah əl-Fəlah,

Küveytin vəqflər və dini işlər nazirinin sabiq birinci müavini,

Küveyt Dövləti Ümumdünya İslam Xeyriyyə Təşkilatı Asiya Müsəlmanları Komitəsinin Direktorlar Şurasının sabiq sədri.

Küveyt Dövləti, Əl-Küveyt şəhəri

Logo
Əlaqəli
veb resurslar

Qarabağ regionu, xüsusilə də Qarabağ münaqişəsi; Xocalı soyqırımı; Azərbaycanının mədəni irs və təbii sərvətlərinə qarşı törədilmiş erməni cinayətləri və 44 Günlük Vətən Müharibəsi haqqında daha geniş məlumat almaq üçün aşağıdakı səhifələri ziyarət edə bilərsiniz:

Karabakh in 99 questions

Dağlıq Qarabağ münaqişəsinin tarixi, siyasi və hüquqi aspektləri

Shusha Today

“Vətən bağı” aləlvandır, ətrin gəlir Xarıbülbül…

Armenian Crimes

Azərbaycanın mədəni irs və təbii sərvətlərinə qarşı Ermənistanın törətdikləri cinayətlər və vandalizm

Khojaly Today

Xocalının dinc əhalisinə qarşı Ermənistanın törətdikləri cinayətlər və vandalizm

44 Days

44 günlük müharibənin xronikası