• HAQQIMIZDA
  • ƏLAQƏ
  • AZ
  • HAQQIMIZDA
  • TƏDBİRLƏR
  • MÜSAHİBƏLƏR
  • QƏBULLAR
  • SƏFƏRLƏR
  • RƏSMİ SƏNƏDLƏR
  • BƏYANATLAR
  • MƏTBUAT XİDMƏTİ
  • GÖRÜŞLƏR
  • ÇIXIŞLAR
  • MÜRACİƏTLƏR
  • QALEREYA
  • ƏLAQƏ
Logo

Slide Slide Slide

Slide Slide Slide
  • TƏDBİRLƏR
  • MÜSAHİBƏLƏR
  • QƏBULLAR
  • SƏFƏRLƏR
  • RƏSMİ SƏNƏDLƏR
  • BƏYANATLAR
  • MƏTBUAT XİDMƏTİ
  • GÖRÜŞLƏR
  • ÇIXIŞLAR
  • MÜRACİƏTLƏR
25.05.2021
QƏBUL

Prezident İlham Əliyev “Signify” şirkətinin baş icraçı direktorunu və digər nümayəndələrini qəbul edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 25-də “Signify” – əvvəlki adı “Philips Lighting” olan şirkətin baş icraçı direktoru Erik Rondolatı və şirkətin rəhbərliyinin digər nümayəndələrini qəbul edib.

Görüşdə “Signify” şirkəti tərəfindən Azərbaycanda həyata keçirilən layihələrin icrası müzakirə olundu.

Prezident İlham Əliyev Bakı, Sumqayıt və Şamaxı şəhərlərinin küçələrinin işıqlandırılması üçün şirkət tərəfindən görülən işlərdən məmnunluğunu bildirdi, bu işlərin nəqliyyatın və əhalinin təhlükəsizliyi baxımından mühüm əhəmiyyət daşıdığını qeyd etdi.

Azərbaycanda yaradılan əlverişli biznes və investisiya mühitinə görə dövlətimizin başçısına minnətdarlığını ifadə edən Erik Rondolat rəhbərlik etdiyi şirkət tərəfindən ölkəmizdə həyata keçirilən işlər barədə Prezident İlham Əliyevə ətraflı məlumat verdi, Bakı və Sumqayıtda işlərin yekunlaşdığını, Şamaxıda isə başa çatmaq üzrə olduğunu bildirdi. Qeyd etdi ki, tətbiq olunmuş yeni texnologiyalar sayəsində bu layihələrdə elektrik enerjisinə 50 faiz qənaət təmin edilib. Gələcəkdə isə bu qənaət 75-80 faizə çatdırılacaq.

Prezident İlham Əliyev yeni texnologiyaların tətbiqi istiqamətində işlərin davam etdirilməsinin zəruriliyini bildirdi və növbəti mərhələdə Gəncə, Mingəçevir, Şəki, Qəbələ, Şirvan və Lənkəran şəhərlərində də küçə işıqlandırılması layihələrinin hazırlanmasının vacibliyini qeyd etdi. İşğaldan azad edilmiş ərazilərdə həyata keçirilən infrastruktur layihələrindən danışan dövlətimizin başçısı bildirdi ki, Şuşa və Ağdam şəhərlərinin baş planlarının hazırlanması istiqamətində ciddi işlər gedir və “Signify” şirkətinin baş planların hazırlanması mərhələsində bu prosesə qoşulması məqsədəuyğundur.

Söhbət zamanı yeni işıq texnologiyalarının tətbiqi ilə tərəvəzçilikdə, quşçuluq və balıqçılıq təsərrüfatlarında yüksək məhsuldarlığa nail olunması üçün pilot layihələrin həyata keçirilməsi ilə bağlı məsələlər müzakirə olundu.

Logo
Əlaqəli
veb resurslar

Qarabağ regionu, xüsusilə də Qarabağ münaqişəsi; Xocalı soyqırımı; Azərbaycanının mədəni irs və təbii sərvətlərinə qarşı törədilmiş erməni cinayətləri və 44 Günlük Vətən Müharibəsi haqqında daha geniş məlumat almaq üçün aşağıdakı səhifələri ziyarət edə bilərsiniz:

Karabakh in 99 questions

Dağlıq Qarabağ münaqişəsinin tarixi, siyasi və hüquqi aspektləri

Shusha Today

“Vətən bağı” aləlvandır, ətrin gəlir Xarıbülbül…

Armenian Crimes

Azərbaycanın mədəni irs və təbii sərvətlərinə qarşı Ermənistanın törətdikləri cinayətlər və vandalizm

Khojaly Today

Xocalının dinc əhalisinə qarşı Ermənistanın törətdikləri cinayətlər və vandalizm

44 Days

44 günlük müharibənin xronikası